AZ

Çin ABŞ-də nüvə sınaqlarının keçirilməsinə münasibət bildirdi

Çin Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsinin (CTBT) səlahiyyətlərini qorumaq üçün digər ölkələrlə işləməyə hazırdır.

"Unikal" xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq deyib. 

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Rusiya və Çin tərəfindən aparılan sınaqlar fonunda cihazların funksionallığını təmin etmək üçün nüvə sınaqlarının zəruri olduğunu bildirmişdi.

“Biz Nüvə Sınaqlarının Əhatəli Qadağası Müqaviləsinin səlahiyyətlərini qorumaq və beynəlxalq nüvə tərksilahını təmin etmək üçün bütün tərəflərlə işləməyə hazırıq”, - deyə Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

Seçilən
20
unikal.az

1Mənbələr