AZ

Sumqayıtda tapılan azyaşlının valideynləri ÜZƏ ÇIXDI

Sumqayıtda tapılan azyaşlının valideynləri müəyyən edilib.

Bizim.Media xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdikləri axtarışlar nəticəsində eşitmə və danışma qüsurlu uşağın valideynlərinin Binəqədi rayonunun Sulutəpə qəsəbəsində yaşadıqları və dilənçiliklə məşğul olduqları üzə çıxıb.

Qeyd edək ki, azyaşlı noyabrın 1-də axşam saatlarında Sumqayıtın "BTZ bağları" adlanan ərazisində tapılmışdı.

Daha sonra o, polis əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilmişdi. (Oxu.az)

Bizim.Media

Seçilən
36
10
bizim.media

10Mənbələr