AZ

Yuxuya gedərkən eşidilən səslər və görünən təsvirlər beynin fəaliyyəti ilə bağlıdır -Mütəxəssis

Pulmonoloq-somnoloq Sergey Loçkin yuxuya getmə anında insanların yaşadığı qeyri-adi hisslərin səbəbini izah edib.

Redaktor.az xəbər verir ki, həkim bu mövzu barədə life.ru-ya danışıb.

Mütəxəssisin sözlərinə görə, bir çox insan yuxuya getdiyi anda kimsə onu adı ilə çağırmış kimi hiss edib, işıq parıltısı görüb və ya gözləri bağlı vəziyyətdə parlaq təsvirlər müşahidə edib. Bu hadisə tibbdə “hipnaqoqik hallüsinasiyalar” adlanır və insanın oyaqlıqdan yuxuya keçid mərhələsində baş verir.

Loçkin bildirib ki, bu proses beynin iş prinsipi ilə bağlıdır: “Yuxuya getmə zamanı beynin qabıq hissəsinin aktivliyi qeyri-bərabər azalır. Bəzi sahələr artıq ‘sönür’, digərləri isə hələ də fəaliyyət göstərərək səslər, təsvirlər və ya hisslər yaradır. Nəticədə insan şüuru qısa müddətlik olaraq bu siqnalları ‘tutur’, halbuki normalda onlar yuxu zamanı baş verir”.

Onun sözlərinə görə, məhz buna görə də yuxuya getmə anındakı hallüsinasiyalar çox parlaq və real görünə bilər. Lakin insan tam şəkildə yuxuya daldıqda, bu təsirlər dərhal yox olur.

Aytəkin TOFİQQIZI

Seçilən
38
1
redaktor.az

2Mənbələr