AZ

“Abutalıbov dedi ki, Ramiz Mehdiyevdən qorxuram”

“60 ildən artıq müddətdə Azərbaycan mədəniyyətinə xidmət etmiş, Xalq artisti kimi tanınan bir ictimai xadim kimi haqlarımın pozulduğunu bildirirəm. Mirzə Ağa Əliyev küçəsindəki evim “Qış parkı” salınarkən ərazidə aparılan işlər zamanı söküldü. Xalq artistiyəm, amma bu gün hər hansısa icra başçısının qəbuluna düşə bilmirəm. Öz haqqım olan evimdə yaşaya bilmək üçün süründürülürəm”.

Bu sözləri “Yeni Sabah”a Xalq artisti Əbdül Mahmudbəyov deyib.

Onun sözlərinə görə, rayon, Apellyasiya və Ali Məhkəmənin qərarlarını Hacıbala Abutalıbov vaxtilə heçə sayıb: pizza mizza

"Bu işdə hazırda adı dövlətə xəyanətdə hallanan Ramiz Mehdiyevin əli var. Onun hesabına kişi olanlar indi başqa cür danışır, onlara bir sözüm yoxdur, çünki mən o vaxt – Mehdiyev də, Abutalıbov da vəzifədə olanda sözümü demişəm”.

Mahmudbəyov bildirib ki, evinin söküldüyü vaxt televiziyadan da Ramiz Mehdiyevin əli ilə uzaqlaşdırılıb:

“ATV telekanalında yayımlanan “Klassik irsimiz” adlı verilişin aparıcısı idim. Verilişimi bağladılar. Bu, Ramiz Mehdiyevin göstərişi ilə oldu. Bəhanə də bu idi ki, guya ədavət yaradıram, erməniləri aşağılayıram və s.

Ev məsələsi olan ərəfədə Hacıbala Abutalıbovun mənimlə arası yaxşı idi, xətrimi çox istəyirdi, hətta istəyirdi ki, Heydər Əliyev haqqında film çəkim. Problemim ictimailəşəndən sonra şəxsən özü mənə zəng vurdu, yanına dəvət etdi. Getdim. Dedi ki, məndə bir günah yoxdur, Ramiz Mehdiyevdən qorxuram. Məhkəmə qətnamələrinin Mehdiyevin gözündə heç bir dəyəri yoxdur. Ev söhbətini isə bir də mən öləndən sonra gündəmə gətirə bilərsən”.

81 yaşlı Xalq artisti bildirir ki, illərdir müvəqqəti mənzildə yaşayır və nə ona ev verilib, nə də vəd edilən kompensasiya ödənilib:

“Tələb edirəm ki, mənə olan 375 min manatlıq borcu ödəsinlər. Ya mənim pulumu versinlər, ya da məni evlə təmin etsinlər. Hazırda mənə verilən mansaddakı ev mənim deyil, o, müvəqqəti verilmişdi. Evimi sökdükləri yerdə tikinti olacaqdı, o, tikilənə qədər müvəqqəti yaşayış üçün şirkət mənə buranı verdi. 

İllər əvvəl mən vəzifəli şəxslər barədə sözümü demişəm, onların xəyanətkar olduğunu mətbuata açıqlamışam. Elə buna görə məni düşmən ediblər, bu yaşda küçədə qalmışam!”

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Seçilən
24
1
yenisabah.az

2Mənbələr