AZ

Məktəblilərə tətil nə zaman başlayır- vaxtı açıqlanıb

2025-2026-cı tədris ili üzrə payız tətili noyabrın 17-dən 21-dək davam edəcək.

Bu barədə məlumat News365.az-a Elm və Təhsil Nazirliyi tərəfindən verilib.

Bildirilir ki, noyabrın 22-23 günləri şənbə və bazar günlərinə təsadüf etdiyindən dərslər noyabrın 24-dən bərpa olunacaq. Tətil yalnız ümumi təhsil məktəblərinə deyil, həmçinin məktəbəhazırlıq qruplarına da şamil ediləcək.

Qeyd olunur ki, payız tətilinin vaxtı “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti” barədə Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarına uyğun müəyyən edilib.

News365.az

Seçilən
23
news365.az

1Mənbələr