AZ

Ermənistan parlamentində MTX rəhbəri və müdafiə nazirinin iştirakı ilə qapalı müzakirə aparılır

BAKI, 3 noyabr. TELEQRAF

Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin iclasında “2026-cı ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin ilkin müzakirəsi aparılır.

Teleqraf xəbər verir ki, müzakirələr qapalı keçirilir.

İclasda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi Andranik Simonyan və müdafiə naziri Suren Papikyan da iştirak edir.

Xatırladaq ki, bundan əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan və müdafiə naziri gələn ilin dövlət büdcəsində hərbi xərclərin azaldılacağını açıqlamışdılar.

Seçilən
39
teleqraf.com

1Mənbələr