AZ

Qarabağ misinin satışı üçün müqavilə imzalandı

Azərbaycanda fəaliyyət göstərən qızıl, mis və gümüş istehsalçısı "Anglo Asian Mining PLC" (“Anglo Asian”) bildirir ki, Qarabağda yerləşən "Dəmirli" mis-molibden mədənində istehsal olunan konsentratın satışına dair "Trafigura Pte Ltd"  şirkəti ilə mqavilə imzalayıb.

Marja xəbər verir ki, bu barədə “Anglo Asian” məlumat yayıb.

Satış müqaviləsinə 25 milyon ABŞ dollarınadək ön ödəmə də daxildir.

Qeyd edilib ki, "Anglo Asian" artıq Azərbaycan hökumətindən  "Demirli" yatağında emal zavodunun fəaliyyət göstərməsi üçün tələb olunan bütün lisenziyaları alıb. Zəruri sənədlərin yekunlaşdırılması prosesi davam etsə də, lisenziyalar bu proseslə paralel şəkildə verilib. Şirkət həmçinin mövcud tullantı anbarından 12 aya qədər istifadə icazəsi alıb. Bu müddət ərzində ikinci tullantı anbarı inşa ediləcək. "Dəmirli" emal zavodu üçün icarə müqaviləsi 1 oktyabr 2025-ci ildən qüvvəyə minib.

Trafigura ilə imzalanan mis konsentratı satış müqaviləsi hökumət tərəfindən təsdiqlənib. Şirkət ilk satışın 2025-ci ilin noyabr ayının ortalarında tamamlanacağını gözləyir.

Anglo Asian-ın baş icraçı direktoru Rza Vəziri bildirib:

“Dəmirli" mədənindəki zavod və tullantı anbarının fəaliyyətə başlaması üçün bütün müvafiq lisenziyaların alınmasından məmnunam. Bu, mədənimizin tam istismara verilməsində və qrup istehsalına daha böyük töhfə verməsində mühüm mərhələdir. Lisenziyaların əldə olunması və "Trafigura" ilə satış müqaviləsinin bağlanması bizə mis konsentratı satışını başlamağa və "Dəmirli" layihəsindən gəlir əldə etməyə imkan verir.”

Seçilən
31
1
marja.az

2Mənbələr