UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Çelsi" (İngiltərə) matçının təyinatları açıqlanıb.
Fanat.Az-ın məlumatına görə, oyun Avstriyadan olan hakimlər briqadasına tapşırılıb.
Görüşün baş hakimi Sebastyan Qişamer olacaq. Ona Roland Ridel və Santino Şrayner yardım edəcəklər. Dördüncü hakim funksiyasını Manuel Şüttenqruber yerinə yetirəcək.
VAR-da Yozef Spurni, AVAR-da Valtyer Alitmann əyləşəcək.
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 21:45-də start götürəcək.