AZ

İbrahim Tatlısesin miras planı ailədə gərginliyə səbəb oldu – oğlu Ahmet Tatlıses açıqlama verdi

İbrahim Tatlısesin miras planı ailədə gərginliyə səbəb oldu – oğlu Ahmet Tatlıses açıqlama verdiTürkiyənin məşhur sənətçisi İbrahim Tatlıses ilə oğlu Ahmet Tatlıses arasında uzun müddətdir davam edən gərginlik yeni mərhələyə keçib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, keçən həftə məhkəmə qərarı ilə İbrahim Tatlısesi təhdid etdiyi iddiasına görə Ahmet Tatlıses barəsində uzaqlaşdırma qərarı çıxarılıb və ona elektron bilərzik taxılmasına qərar verilib.

Hadisədən bir neçə gün sonra Ahmet Tatlıses sosial media hesabında açıqlama paylaşaraq sükutunu pozub. O, atasının qərarına hörmət etdiyini, lakin prosesin yanlış anlaşıldığını bildirib:

"Mən Ahmet Tatlıses. Bir neçə gündür haqqımızda yayılan xəbərlərlə bağlı danışmağım gərəkdiyini hiss edirəm. Bəli, atam bir qərar verib, hörmətlə qarşılayıram. Təxminən bir ildir ki, əlaqəmiz yoxdur – nə telefonla, nə mesajla. Mən İstanbulda, o isə İzmirda yaşayır. Fiziki olaraq belə yaxınlığımız yoxdur. Buna baxmayaraq belə bir qərar alınıb, mən buna da hörmət edirəm".

Ahmet Tatlıses paylaşımında ailə arasındakı gərginliyin mülk davası olmadığını, əsas məqsədinin ailəsini qorumaq olduğunu vurğulayıb:

"Təxminən dörd ildir məhkəmə prosesi davam edir, amma bu, mal-mülk davası deyil. Bizim davamız ailəmizi qorumaq davasıdır. Atamın bütün əmlakını 20 yaşlarında bir gənc qıza buraxacağını eşidəndə hərəkətə keçdim. Yeddi övladı varkən belə bir qərar mənə çox yanlış gəldi. Mənim məqsədim yalnız bacı-qardaşlarımı və ailəmi qorumaq idi. Biz acgöz bir ailə deyilik, hər kəs öz işi ilə məşğuldur. Bu, miras davası deyil. Mən bu yükü necə daşıdığımı yaxşı bilirəm".

Ahmet Tatlısesin sözlərinə görə, bu məsələ maddi dəyərlərlə bağlı deyil, ailə dəyərlərini qorumaq məqsədi daşıyır. O, "Hər kəs bizi sevmək məcburiyyətində deyil, amma mən sözümü yerə qoymaram" ifadəsi ilə açıqlamasını tamamlayıb.

Hazırda ailə arasında yaşanan gərginliklə bağlı məhkəmə prosesi davam edir.

Seçilən
17
sonxeber.az

1Mənbələr