Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda baş tutacaq "Qarabağ" - "Çelsi" oyununun hakimi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, görüşü avstriyalı Sebastyan Qishamer idarə edəcək.

Roland Riedel və Santino Şrayner köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Valter Altmann yerinə yetirəcək. VAR-da Manuel Şuettenqruber, AVAR-da Josef Spurny əyləşəcəklər.

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.