AZ

TikTok-da hicabsız canlı yayım QALMAQALI – Qız valideynləri tərəfindən CƏZALANDIRILDI – VİDEO

Hicabsız qız TikTok-da canlı yayım etdiyinə görə cəzalandırılıb.

İnterpress.az xəbər verir ki, Əlcəzairdə sosial şəbəkədə yayılan video ölkədə böyük rezonans doğurub.

Yerli mənbələrin məlumatına görə, gənc qız TikTok-da hicabsız şəkildə canlı yayım etdikdən sonra ailə qaydalarını pozduğuna görə valideynləri tərəfindən cəzalandırılıb.

Hadisə sosial mediada geniş müzakirələrə səbəb olub. İstifadəçilərin bir qismi ailənin davranışını pisləyərək bunu zorakılıq kimi dəyərləndirib, digərləri isə dini və ailə ənənələrinin pozulmasını qəbulolunmaz adlandırıblar.

Hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırma aparıb-aparmadığı barədə rəsmi məlumat verilməyib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
26
1
interpress.az

2Mənbələr