AZ

ABŞ və Rusuya “Çin marşrutu”nda: Yeni iqtisadi rəqabət mərhələsi

Bakivaxti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiyanın baş naziri Mixail Mişustin noyabrın 3-4-də Çinə səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, o səfər zamanı Çinin sədri Si Cinpin və baş nazir Li Qian ilə görüşəcək. Tərəflər müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən enerji tərəfdaşlığının gücləndirilməsi məsələlərini müzakirə edəcəklər.

Son günlər həm ABŞ-nin, həm də Rusiyanın Çinə artan marağının və sıx əməkdaşlığa meyl etməsinin səbəbi nədir? Hesab etmək olarmı ki, ABŞ və Rusiya indi də Çin faktoruna görə rəqabətə girirlər?

İqtisadçı Murad Cəlalov Bakıvaxtı.az-a açıqlamasında bu sualları cavablandırıb.

Onun sözlərinə görə, ABŞ və Çin arasında gedən iqtisadi mübarizələr, ticarət müharibələri fonunda tətbiq olunan tariflər artıq Pekin məhsullarının Amerikaya ixrac olunmasında yavaşlamalar yaradıb. Hətta bəzi sahələrdə əməkdaşlıq tamamilə dayandırılıb:

"ABŞ çalışır ki, daxili istehsalı artırsın və buna görə vergiləri azaldır. Tramp adminstrasiyasının bu addımı ölkədə daxili borclanmanı artırır. Bundan başqa, Rusiya-Ukrayna münaqişəsi fonunda Çin dünyada üçüncü bazarını itirmiş olur. Çin birinci Amerikanı, daha sonra Rusiyanı itirir. Növbəti sırada isə Avropa ölkələri dayanır. Bu baxımdan Çin digər ölkələrə ixrac etdiyi malları müəyyən güzəştlərlə Avropaya ixrac etməyə məcbur olub".

Murad Cəlalov: ABŞ və Rusiya yenidən Çinlə əməkdaşlıq üçün hərəkətə keçiblər

M.Cəlalov qeyd edib ki, Çinin atdığı addımlar Avropada inflyasiyanı azaldır. Həmçinin Avropanın bütün qapılarını Çinə açması nəticəsində  ABŞ və Rusiya böyük bir bazarı itirir.

"Ona görə də ABŞ və Rusiya yenidən Çinlə əməkdaşlıq üçün hərəkətə keçiblər. Çünki ölkənin gücünün başlıca göstəricisi iqtisadiyyatıdır. İqtisadiyyatı zəif olan və daxili borcu artan ölkə getdikcə zəifləyir. Bu vəziyyət iş yerlərinin bağlanmasına, maaşların azalmasına təsir edir və ölkəni nüfuzdan salır", - deyə müsahibimiz vurğulayıb.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
bakivaxti.az

2Mənbələr