AZ

Azərbaycanda akvakulturada yetişdirilən balıqların ixrac potensialı daha çoxdur - Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru (MÜSAHİBƏ)

Bakı.Trend:

2025-ci il 13-23 oktyabr tarixlərində Kənd TəsərrüfatıNazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin təşkilatçılığıilə Xəzər dənizində və daxili su hövzələrində balıq ehtiyatlarınınelmi əsaslarla öyrənilməsi və düzgün qiymətləndirilməsi məqsədiləkeçirilən ekspedisiya uğurla yekunlaşsa da, elmi-tədqiqat işlərihələ bitməyib.

Bunu Trend-əözəl müsahibəsində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəfəaliyyət göstərən "Balıqçılıq və Akvakultura Mərkəzi" publikhüquqi şəxsin direktoru Ceyhun Əliyev deyib.

O bildirib ki, ekspedisiyanın əsas məqsədi Azərbaycanın həmXəzər dənizi akvakulturasında, həm də daxili sularında balıqehtiyatlarının qiymətləndirilməsi idi:

“Bu qiymətləndirməyə o səbəbdən ehtiyac duyuruq ki, növbətiillərdə balıq ehtiyatlarının bərpası üçün nə qədər balıq buraxmaəməliyyatlarının lazım olduğunu müəyyənləşdirə bilək. Ekspedisiyaəsasən, Abşeron yarımadasının şimal-cənub istiqamətlərinə yönələrəkaparılıb. Eyni zamanda Azərbaycanın daxili sularında ekspedisiyaqrupu çalışıb”.

Ekspedisiya zamanı nəsli kəsilməkdə olan Nərə kimilər vəXəzər Qızıl balığına rast gəlinməyib

C.Əliyev bildirib ki, çox güman ki, ekspedisiya müddəti qısaolduğundan bu balıqlar müşahidə edilməyib.

"Kilkə Xəzərdə ən çox ovlanan balıqlardan biridir. Bu balıqlarınovlanması 5 Xəzəryanı ölkəsinin qərarıyla kvotalara bölünüb. Builin noyabr ayının sonlarından “Xəzər dənizin su ehtiyatlarıresurslarından səmərəli istifadəsi haqqında” sazişə əsasən,yaradılan komissiya işinə başlayacaq. Həmin komissiya ildə bir dəfətoplanır və dənizdə olan balıqların ümumi kvotasını müəyyən edir.Biz də bu il həmin komissiyanın tərkibində iştirak edəcəyik. Bundanöncəki illərdə isə yalnız Rusiya Federasiyasının araşdırmalarınaistinad edirdik, indi isə öz nəticələrimiz əlimizdə olacaq”,- deyəmərkəz rəhbəri əlavə edib.

O açıqlayıb ki, Xəzərdə təxminən 500-700 min aralığında kilkəehtiyatı var:

“Bəzi balıq növlərinin isə daxili sularda ehtiyatı azalıb.Məsələn, Çəki kimilər şirin su hövzələri və süni göllərdə sürətləartmalıdır, lakin, Xəzər dənizində ekspedisiya müddətində çəkikimilərə rast gəlmək tezliyi çox aşağı olub”.

"Balıqçılıq və Akvakultura Mərkəzi"nin direktoru bildirib ki,Azərbaycanda süni göllər, akvakultura mərkəzləri və kanal tiplitəsərrüfatların ümumi sayı 76-ya çatıb.

C.Əliyev vurğulayıb ki, bəzi bu tipli təsərrüfatlar qeydiyyatadüşməsələr də, fəaliyyət göstərirlər:

“Akvakultura mərkəzlərinin qeydiyyat prosesinin asanlaşdırılmasıməqsədilə qanunvericiliyə təkliflər hazırlamışıq”.

Balıqçılıqla bağlı yeni yaradılacaq elektron uçotunməqsədi

“Balıqçılıqla bağlı elektron uçotun yaradılması planlaşdırılır.Bunun əsas məqsədi balıqçılıq sahəsində fəaliyyət göstərənsubyektlərin fəaliyyətinin şəffaflaşdırılmasıdır. Digər proses isəakvakultura təsərrüfatlarının istehsalatının dayanıqlığını təminetmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən növbətiillərdə sahibkarlara subsidiya və dəstək mexanizmlərininhazırlanmasıdır”, - direktor vurğulayıb.

C.Əliyev bildirib ki, dünyada akvakultura səviyyəsində iqtisadicəhətdən səmərəlilik baxımından yetişdirilən bir çox balıq növüvar.

“Azərbaycanda yetişdirilən akvakultura balıqları əsasən, Qızılbalıq kimilərdən alınan Farel, Nərə kimilər və Çəki kimilərdir(sazan, karp).

Nərə balığının kürüsü dünyada çox məşhurdur. Düşünürük ki,Azərbaycanda akvakulturada yetişdirilən balıqların ixrac potensialıdaha çoxdur”,- deyə o, qeyd edib.

Onun sözlərinə görə, hazırda “Akvakulturanın həyatakeçirilməsinə dair” Nazirlər Kabinetinin müvafiq qərarına əsasən,akvakultura təsərrüfatlarının qeydiyyatı həyata keçirilir.

“İdeoloji, texnoloji əsaslandırmalar sahibkar tərəfindənhazırlanaraq Balıqçılıq və Akvakultura Mərkəzi təqdim edilir. Həminəsaslandırmalar qiymətləndirildikdən sonra uyğunsuzluq yoxdursa, otəsərrüfat qeydiyyata alınır. Qeydiyyat prosesində dövlət rüsumu daödənilməlidir. Sahibkarın ideoloji, texnoloji əsaslandırmasındauyğunsuzluq yaranarsa, qanunvericiliyə əsasən, mərkəzimiz həminşəxsə pulsuz məsləhət xidməti göstərir”.

C.Əliyev açıqlayıb ki, cari ilin ötən dövrü üçün aparılannəzarət tədbirləri nəticəsində təxminən 100 nəfərə yaxın şəxsbarəsində inzibati protokol tərtib edilib.

"Bu tədbirlər əsasən qanunsuz balıq ovuna, nərə balığı və digərnövlərin bioloji ehtiyatlarına zərər vuran hallara qarşı yönəlib.Qeyd edək ki, nəzarət və profilaktik maarifləndirmə işləri ilərzində ardıcıl şəkildə davam etdirilir",- deyə o əlavə edib.

Seçilən
66
1
az.trend.az

2Mənbələr