"Neftçi"nin müdafiəçisi Elvin Bədəlov üçün "Kəpəz"lə matç (5:1) əlamətdar olub.
Offsideplus.az xəbər verir ki, təcrübəli futbolçu bu oyunla birlikdə Azərbaycan çempionatlarında 200-cü görüşünə çıxıb.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
O, Premyer Liqadakı 200 matçda 3 qola imza atıb.
Elvinin debütü 2013/2014 mövsümündə "Neftçi"nin heyətində gerçəkləşib. O, "ağ-qaralar"ın heyətində 51 (1 qol), "Sumqayıt"da 149 (2 qol) oyun keçirib.