"Əl ilə yazan insanların yaddaşı və intellekti, mətnləri kompüterdə yazan insanlarla müqayisədə daha yaxşı inkişaf edir".
Ölkə.az xəbər verir ki, bu barədə psixoterapevt Eloiza Skinner "HuffPost" nəşrinə danışıb.
Mütəxəssisin sözlərinə görə, bir neçə tədqiqat göstərib ki, əl ilə yazan insanlar bütün fənlər üzrə viktorina və testlərdə daha yaxşı nəticə göstərirlər. Bu, kağız üzərində nəsə yazarkən beynin digər qeydetmə üsullarına nisbətən daha aktiv işləməsi ilə izah olunur.
Ekspert əlavə edib ki, yazı zamanı beyində yaddaşın formalaşması və yeni məlumatların kodlaşdırılmasında mühüm rol oynayan neyron əlaqələr yaranır: “Yazmaq fikirləri strukturlaşdırmağa, imla və qrammatikanı yaxşılaşdırmağa, həmçinin daha şüurlu və fərdi üslubun formalaşmasına kömək edir”.
O, yekun olaraq vurğulayıb ki, əl ilə qeydlər aparmaq öyrənməni asanlaşdırır, yaddaşı möhkəmləndirir və ümumilikdə beynin sağlamlığını yaxşılaşdırır.
Həmidə İbrahimova