Antalya, 3 noyabr, Gülay Nəzərova, AZƏRTAC
Ötən il ərzində dünyanın müxtəlif ölkələrində soydaşlarımız tərəfindən 800-dən çox mədəni tədbirlər, layihələr və təşəbbüslər həyata keçirilib. Bu tədbirlərin əsas uğur mənbəyi məhz bizim dövlət siyasətimizin və soydaşlarımızın ürəkdən gələn təşəbbüslərinin nəticəsidir.
AZƏRTAC xəbər verir ki, bunu noyabrın 3-də Türkiyənin Antalya şəhərində Azərbaycan Mədəniyyət Elçilərinin I Forumunda çıxışı zamanı Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov
Komitə sədri qeyd edib ki, Azərbaycanın yumşaq gücü – mədəniyyət diplomatiyası bu gün yeni mərhələyə qədəm qoyur: "İndi torpaqlarımız işğaldan azad olunduqdan sonra mədəni diplomatiyamızda tamamilə yeni yanaşmalar formalaşır. Biz istəyirik ki, xaricdə mədəniyyət sahəsində həyata keçirilən layihələrin sayı daha da artsın, fəaliyyətlər daha geniş və məqsədyönlü şəkildə davam etdirilsin”.
Fuad Muradov vurğulayıb ki, Mədəniyyət Nazirliyi başda olmaqla bütün dövlət qurumları bu prosesə həssaslıqla yanaşır və hər bir təşəbbüsə dəstək göstərir: “Biz böyük layihələri mütləq şəkildə birgə – nazirliklərin və aidiyyəti qurumların iştirakı ilə həyata keçiririk. Çünki onlar bu sahənin içindədirlər və öz konsepsiyalarına uyğun olaraq layihələrin reallaşmasına mühüm töhfələr və təkliflər verirlər”.