AZ

Qazax yazıçı Çin dövlət mükafatına layiq görülüb

BAKI, 3 noyabr. TELEQRAF

Çinin Urumçi şəhərində yaşayan qazax yazıçı Anar Zinuarbekovna Bin Xin adına Dövlət Ədəbi Mükafatının laureatı olub.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan KİV məlumat yayıb.

Sanven (esse) janrı üzrə ədəbi mükafat yazıçıya “ən yaxşı esse toplusu” nominasiyasında “600 kilometr: Səyahət yolunda” adlı nəşrinə görə verilib. Topluya daxil olan esselərdə müəllif vətən həsrəti, qohumluq əlaqələri, çöl mənzərələri, qazax milli mətbəxi, şəhər həyatından bəhs edir.

Anar Zinuarbekovna Qazax Muxtar Vilayətinin Kunes rayonunda anadan olub. 2014-cü ildən yaradıcılıqla məşğuldur.

Bin Xin Mao Dun və Lu Xin ilə birlikdə Çinin ən nüfuzlu ədəbi mükafatlarından biridir. Ədəbi mükafat 2002-ci ildən etibarən iki ildən bir verilir. Bu il müsabiqəyə 2023-2024-cü illərdə nəşr olunmuş 339 toplu təqdim olunub.

Seçilən
18
2
teleqraf.com

3Mənbələr