AZ

BYD-nin aatışları azalır, səhminin qiyməti son 9 ayın ən aşağı səviyyəsinə düşüb

Çinin elektrikli nəqliyyat vasitələri istehsalçısı BYD 2025-ci ili zəif templə başa vurur.

Marja xəbər verir ki, oktyabr ayında Şirkətin satışları ötən ilin eyni dövrü ilə müqayisədə 12% azalaraq 441 min 706 ədəd olub. Bu azalma BYD-nin ardıcıl ikinci ay satış itkisi yaşadığı deməkdir və şirkətin səhminin qiyməti təxminən doqquz ayın ən aşağı səviyyəsinə – 98,7 Honq Konq dollarına qədər düşüb.

İlin ilk on ayında 3,7 milyon ədəd avtomobil satan BYD, Morgan Stanley tərəfindən proqnozlaşdırılan 4,6 milyon ədəd illik satış hədəfinə çata bilmək üçün noyabr və dekabr aylarında orta hesabla 450 min satış həyata keçirməlidir. Bu da o deməkdir ki, şirkət ilin son iki ayında satış tempini bərpa etməyə məcburdur.

Çin bazarında rəqabət qızışır

Çinin avtomobil bazarında rəqabət heç vaxt indiki qədər güclü olmayıb. BYD, ölkə daxilində satış reytinqində ikinci yerə geriləyib, Geely, Nio, Xpeng, Zhejiang Leapmotor və yeni oyunçu Xiaomi isə oktyabr ayında rekord satış nəticələri açıqlayıblar.

Analitiklərdən ehtiyatlı nikbinlik

Digər tərəfdən, Li Auto-nun da satışları ardıcıl beşinci ayda azalıb. Analitiklər BYD-nin dördüncü rübdə satışlarının 5–10% azalacağını proqnozlaşdırırlar, lakin eyni zamanda şirkətin illik hədəfinə çatmaq şansının hələ də mövcud olduğunu vurğulayırlar.

byd elektrikli avtomobillər çin avtomobil bazarı satışların azalması səhm qiyməti 9 ayın ən aşağı səviyyəsi morgan stanley geely nio xpeng leapmotor xiaomi li auto avtomobil sənayesi rəqabət satış hədəfi dördüncü rüb investisiya avtomobil satışları bydə satış azalma honq konq dolları
Seçilən
17
1
marja.az

2Mənbələr