AZ

Cənubi Koreya və ABŞ-ın müdafiə nazirləri Seulda görüşəcəklər

Bakı, 3 noyabr, AZƏRTAC

Cənubi Koreyanın müdafiə naziri An Qyu Bek və ABŞ-ın müdafiə naziri Pit Heqset noyabrın 4-də Seulda iki ölkə arasında təhlükəsizlik məsələlərinə həsr olunmuş 57-ci məşvərət görüşünü keçirəcəklər.

AZƏRTAC xəbər verir ki, məlumatı Cənubi Koreyanın Yonhap agentliyi yayıb. Bildirilib ki, Pit Heqset artıq Seulda səfərdədir.

Görüş zamanı Cənubi Koreyada yerləşdirilən ABŞ qüvvələrinin “strateji çevikliyi”, eləcə də müharibə zamanı əməliyyat nəzarətinin Vaşinqtondan Seula qaytarılması da daxil olmaqla, iki ölkə arasında əsas müttəfiqlik və təhlükəsizlik məsələləri müzakirə olunacaq.

 

 

Seçilən
33
1
azertag.az

2Mənbələr