AZ

Uzaq durun: “Onu içənlər özlərini idarə etməkdə çətinlik çəkirlər” - HƏKİM

Energetik içkilər qısa müddətə insanın əhval-ruhiyyəsini yüksəltsə də, onların tərkibindəki stimullaşdırıcı maddələr orqanizmə ciddi zərər verir. 

Bu səbəbdən bazara çıxarılan belə məhsulların nəzarətdə saxlanılması mühüm əhəmiyyət daşıyır. Son günlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı yoxlamalar nəticəsində Türkiyədən idxal edilən və “Nitro Max” adı ilə satışa çıxarılacağı planlaşdırılan energetik içkilərdə dərman vasitələrinin tərkibinə daxil edilən Sildenafil maddəsi aşkarlanıb. 

Qanunvericiliyə uyğun olaraq həmin məhsulların ölkəyə buraxılmaması və məhv edilməsi qərara alınıb. 

“Cebheinfo.az” – a açıqlama verən tibb eksperti Aydın Əliyev bildirib ki, energetik içkilər insanlarda aslılıq yaradır: 

“Mağazalarda satılan cürbəcür rəngli içkilərin su əvəzinə içilməsinin əleyhinəyəm. Çünki onların tərkibində insanın psixoloji vəziyyətinə təsir göstərən, oyandıran, stimullaşdıran maddələr var. O cümlədən Sildenafil maddəsi güclü energetikdir və insanlarda güclü cinsi hormonların təsir gücünü artırır. İnsanlar belə içkilər qəbul edəndə əhval-ruhiyyə yaxşılaşır, oyanıqlıq artır, hətta bəzən özlərini idarə etməkdə çətinlik çəkirlər. Belə içkilər insanlarda adətkarlıq yaradır”. 

Həkim qeyd edib ki, energetik içkilər orqanizmdə bir çox fəsadlar yarada bilər: 

“Təbii ki, energetik içkilərin tərkibindəki maddələrin metabolizmə görə düzgün çevrilməməsi orqanizmdə müəyyən problemlərə səbəb olur. Bu, insanlarda istənilən xəstəliklərin ürək-damar, sinir və bir sıra digər xəstəliklərin yaranmasına təkan verir. Energetik içkilərin təsiri insanlarda daim bu içkiləri qəbul etməyə bağlılıq yaradır, bu da hər ötən gün orqanizmə zərər verir”. 

Seçilən
19
1
cebheinfo.az

2Mənbələr