AZ

147 saylı məktəbdə qalmaqal: Müəllimlər dərsə girmədilər

Bu gün Bakıda yerləşən 147 saylı məktəb-liseydə kütləvi narazılıq yaranıb.

Tribuna-ya daxil olan məlumata görə, müəllimlər etiraz əlaməti olaraq dərsə girməyiblər.

Narazılığa səbəb Sumqayıt şəhərində yerləşən 32 saylı məcburi köçkün məktəbinin direktorunun gözlənilmədən 147 saylı məktəbə direktor təyin olunması olub.

Maraqlıdır ki, yeni direktor məktəb kollektivinə ikinci dərs zamanı elan edilib.

Məktəbin kollektivi bildirir ki, son 5 il ərzində direktor əvəzi kimi fəaliyyət göstərən Vüsalə müəllimənin rəhbərliyi dövründə məktəbin bütün göstəriciləri yüksəlib, nizam-intizam və tədris keyfiyyəti yaxşılaşıb. Buna baxmayaraq, Elm və Təhsil Nazirliyi tərəfindən kollektivin fikri nəzərə alınmadan və heç bir əsas göstərilmədən onun yerinə başqa bir şəxsin gətirilməsi müəllimlər arasında ciddi narazılıq yaradıb.

Hazırda müəllimlər yeni təyinatın qanuniliyinə və məqsədinə aydınlıq gətirilməsini tələb edirlər. Bildirilir ki, bu məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət hazırlanır.

Qeyd edək ki, son aylarda bir sıra məktəblərdə direktor təyinatları ətrafında oxşar gərginliklər yaşanır. Müəllimlər və valideynlər seçim prosesinin şəffaf olmamasından narazılıq edirlər.

Gülşən Rəsul

Seçilən
20
1
tribunainfo.az

2Mənbələr