AZ

Xırdalandan gələn avtobus niyə gecikir?

“Xırdalan şəhəri əhalisinin daşınması üçün pilot layihə - E2 ekspress xəttində 10 ədəd iritutumlu avtobus istismardadır. Pik saatlarında iş elə planlanır ki, nəqliyyat vasitələrinin ardıcıl hərəkəti tənzimlənsin və interval pozulması olmasın. Ləngimə tıxacla əlaqəlidir  Lakin bəzi yerlərdə, xüsusilə, Xırdalanın daxili yollarında, Masazır dairəsində, Beynəlxalq Avtovağzaldan “Şamaxinka” adlanan hissəyədək olan hissədə müşahidə edilən sıxlıq və tıxaclar müəyyən gecikmələrə səbəb olur”.

Bunu Modern.az-a açıqlamasında “Xaliq Faiqoğlu” şirkətinin mətbuat katibi Nizam Rzayev bildirib.

Onun sözlərinə görə, AYNA tərəfindən əvvəldən təyin olunduğu kimi, xətdə 10 avtobus var, azalma yoxdur.

Mətbuat katibi vurğulayıb ki, bu marşrut xəttinin açılması ilə Bakı-Xırdalan istiqamətində fəaliyyət göstərən digər avtobusların işində yüngüllük müşahidə edilir, sıxlıq nisbətən aradan qaldırılıb.

Ekspress xidmət tələb olunan müddətə qədər işləyəcək. 

Cavid Zahidoğlu

Seçilən
11
1
modern.az

2Mənbələr