AZ

Pakistan XİN rəhbəri Türkiyədə səfərdədir

BAKI, 3 noyabr. TELEQRAF

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar İstanbula səfər edib.

Teleqraf xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Məhəmməd İshaq Dar Türkiyənin xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə keçirilən və Qəzzadakı son vəziyyətin müzakirə olunacağı toplantıda iştirak edəcək.

Seçilən
24
teleqraf.com

1Mənbələr