AZ

Mehdiyevə görə həbs edilən AMEA işçisi, görün, kimdir?

Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Prezident Administrasiyasının sabiq rəhbəri və AMEA-nın sabiq prezidenti, hazırda dövlətə xəyanət və hakimiyyəti zorla ələ keçirmək ittihamı barəsində ev həbsi seçilən Ramiz Mehdiyevin AMEA-da köməkçisi olan Eldar Qurban oğlu Əmirovun həbs edildiyi barədə media məlumat yayıb.

Axar.az xəbər verir ki, bu, E.Əmirovun həbsi haqda ilk məlumat deyil.

Hələ 14 fevral 2022-ci ildə - Ramiz Mehdiyev AMEA-nın prezidenti vəzifəsindən çıxarılan gün onun saxlanıldığı xəbəri yayılmışdı. Bildirilirdi ki, AMEA Prezidenti katibliyinin rəisi, siyasi elmlər doktoru Eldar Qurban oğlu Əmirov hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat zamanı tutulub.

Bəs, bu Eldar Əmirov kimdir ki, vaxtaşırı gündəmə gəlir?

Məlumata görə, 40 yaşlı Eldar Əmirov Ramiz Mehdiyevin baldızı oğludur.

E.Əmirov Ramiz Mehdiyevin AMEA-dakı “sağ əli” olduğu iddia edilir, faktiki olaraq AMEA-da Mehdiyevin iradəsinin ifadəçisi rolunu oynayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
1
axar.az

3Mənbələr