AZ

DİN-in sabiq idarə rəisi Mehman Mehmanovun nəvəsi Mehman Mehmanov eyni idarəyə inspektor təyin edildi...

“Bu gün Azərbaycan Daxili İşlər orqanlarında digər müsbət islahatlarla yanaşı, vərəsəlik, dinastiya ənənəsi də ləyaqətlə davam elətdirilir..."
 
Daxili İşlər Nazirliyinin (DİN) Şəxsi Heyətlə İş İdarəsinin sabiq rəisi, polkovnik Mehman Mehmanovun nəvəsi Mehman Mehmanov daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə eyni idarəyə inspektor vəzifəsinə təyin olunub. 
 
Bu barədə Moderator.az-a açıqlamasında istefada olan polis polkovniki Mehman Mehmanov özü məlumat verib.
 
“Bu gün Azərbaycan Daxili İşlər orqanlarında digər müsbət islahatlarla yanaşı, vərəsəlik, dinastiya ənənəsi də ləyaqətlə davam elətdirilir.Təcrübə göstərir ki, polis ailələrində böyüyən övladların bir çoxu həm gör-götür, həm də mənəvi-psixoloji baxımdan daha səbatlı, xidmətə yararlı olurlar. Azərbaycan Daxili İşlər Nazirinin bu günlərdə imzaladığı əmrlə nəvəm Mehman Mehmanov mənim 16 il ərzində rəhbərlik etdiyim DİN-in Şəxsi Heyətlə İşlər İdarəsinə inspektor vəzifəsinə təyin olunmuş, ona polis leytenantı rütbəsi verilmişdir. Bu, şəxsən mənə və ailəmizə cənab nazir Vilayət Eyvazov tərəfindən göstərilən böyük etimaddır və buna görə cənab nazirə dərin minnətdarlığımı bildirirəm.
 
Hal-hazırda oğlum - polis mayoru Fuad Mehmanov da polis orqanlarında xidmət edir- DİN-in baş istintaq idarəsinin müstəntiqidir. Ölkəmizdə asayişin qorunması, daxili sabitliyin təmin olunması,cinayətkarlığa mübarizənin təşkilində övladlarımın üzərinə böyük məsuliyyət düşür. Bu möhtəşəm öhdəliyi sidq-ürəkdən yerinə yetirmək onların şərəf borcudur”, -deyə DİN-in sabiq idarə rəisi bildirib.
 
Sultan Laçın 
 
 
Seçilən
29
1
moderator.az

2Mənbələr