AZ

Belarus-Polşa sərhədində avtomobillərin keçid növbəsi altı dəfə artıb

Bakı, 3 noyabr, AZƏRTAC

Belarusdan Polşa vasitəsilə Avropa İttifaqı ölkələrinə keçid gözləyən avtomobillərin növbəsi dəfələrlə artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Belarus Dövlət Gömrük Komitəsi məlumat yayıb. “Litvanın Belarusla sərhədi bağlaması səbəbindən Brest keçid məntəqəsindən Polşaya gedən avtomobillərin növbəsi altı dəfə artıb”, - deyə komitənin açıqlamasında bildirilir. Qeyd olunur ki, bir həftə əvvəl Belarus-Polşa sərhədini keçmək üçün orta hesabla 300-400 nəqliyyat vasitəsi gözlədiyi halda, bu gün həmin rəqəm 2500-ü ötüb.

Belarus gömrükçülərinin məlumatına görə, hazırda 2100 yük avtomobili Polşa marşrutu, 520 yük maşını isə Latviya marşrutu üzrə yola düşməyi gözləyir.

 

Seçilən
30
azertag.az

1Mənbələr