AZ

Əfqanıstanda güclü zəlzələ: dağıntı və tələfat var

Əfqanıstanda baş verən zəlzələ nəticəsində ən azı 20 nəfər ölüb, 320 nəfər yaralanıb.

Bu barədə “Reuters” agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat verib. 3 noyabr tarixində saat 01:29-da Məzari-Şərif şəhəri yaxınlığında 6,3 bal gücündə zəlzələ 28 kilometr dərinlikdə baş verib.

Fövqəladə Hallar Nazirliyinin seysmoloji monitorinq mərkəzinin məlumatına görə, yeraltı təkanlar Özbəkistanda da hiss olunub. Surxandərya bölgəsində zəlzələ 5 bal, Kaşkadərya bölgəsində 3-4 bal, digər beş bölgədə 3 bal və Daşkənddə 2-3 bal gücündə olub.

Seçilən
35
editor.az

1Mənbələr