AZ

Bu ölkədə ağlasığmaz qərar –2007-ci ildən sonra doğulanlara siqaret qadağan olundu

1 noyabrdan Maldiv adalarında nəsillərarası siqaret qadağası qüvvəyə minib.

AzPost bildirir ki, bu barədə media ada ölkəsinin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Yeni qaydaya görə, “1 yanvar 2007-ci il tarixində və ya ondan sonra doğulmuş şəxslərə” ölkədə hər hansı bir tütün məhsulu almaq, istifadə etmək və ya satmaq qadağandır.

Hakimiyyət orqanları tütünsüz bir nəsil yaratmaq istədiklərini qeyd edirlər.

Qadağa yalnız vətəndaşlara deyil, həm də turistlərə şamil edilir. Bundan əlavə, Maldiv adalarında yaşından asılı olmayaraq hər kəs üçün elektron siqaret və veyplərin idxalı, satışı, saxlanması və istifadəsinə tam qadağa qoyulub.

Yetkinlik yaşına çatmayanlara tütün məhsullarının satışı 50.000 rufiyaa (təxminən 2800 avro) cərimə ilə cəzalandırılır. Elektron siqaretlərin istifadəsinə görə cərimə 5000 rufiyaa (təxminən 280 avro) təşkil edir.

Yeni Zelandiya əvvəllər oxşar qadağa tətbiq etmişdi, lakin bir ildən az müddət sonra yeni hökumət büdcə gəlirlərini qorumaq və vergiləri azaltmaq üçün onu ləğv etdi. Hazırda Böyük Britaniyada da oxşar tütün nəzarəti qaydaları hazırlanır.

AzPost.az

Seçilən
16
1
azpost.info

2Mənbələr