AZ

İranda iki hökumət məmuru öldürüldü

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İranın Sistan və Bəlucistan əyalətinin İranşəhr və Xaş bölgələrində SEPAH və ona bağlı “Bəsic” üzvlərinə silahlı hücum olub.

Axar.az xəbər verir ki, bu haqda Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində Məhəmməd Siyahanı və İsmayıl Şahuzehi həlak olub, bir “Bəsic” üzvü isə yaralanıb.

Hücumun məsuliyyətini hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Rəsmi dövlət mediası silahlı hücumun “düşmən və müxalif qruplar” tərəfindən edildiyini yazıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
axar.az

2Mənbələr