ain.az, sport24.az portalına istinadən məlumat yayır.
"Gərgin matç oldu. "Şamaxı" əks-hücumlarda yaxşı oynayan komandadı". Bu sözləri Sport24.az-a açıqlamasında "Səbail"in qapıçısı Rəşad Əzizli deyib. Təcrübəli qapıçı komandasının Bizon Azərbaycan Kubokunda "Şamaxı"ya məğlub olduğu oyunu şərh edib:"İlk hissədə biz daha yaxşı çıxış etdik. Topa nəzarət faizi bizim tərəfimizdə idi. İkinci hissənin əvvəlində diqqətsizlikdən qol buraxdıq. Sonra isə oyunu çevirmək çətin oldu. Premyer Liqa və Birinci Liqa komandaları arasında şərait baxımından fərq var. Birinci Liqada çempionat oyunları daha gərgin keçir, Premyer Liqa komandası ilə oynamaq daha asandır. Klub olaraq əsas məqsədimiz liqada çempion olmaqdır. Fikrinizi tam olaraq buna yönəltmişik. İstəyərdik kubokda mərhələ adlayaq. Təəssüf ki, alınmadı".Qeyd edək ki, görüş "Şamaxı"nın minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.