AZ

Yaponiyanın yeni Baş naziri Şimali Koreya lideri ilə danışıqlara hazır olduğunu bəyan edib

Bakı, 3 noyabr, AZƏRTAC

Yaponiyanın yeni Baş naziri Sanae Takaiti Şimali Koreya lideri Kim Çen Inla şəxsi danışıqlara hazırdır və bu barədə Pxenyanı məlumatlandırıb.

AZƏRTAC xəbər verir ki, Kyodo agentliyinin məlumatına görə, Sanae Takaiti bu barədə ötən əsrin 70-ci illərində Şimali Koreya kəşfiyyatı tərəfindən qaçırılan Yaponiya vətəndaşlarının probleminə həsr olunmuş tədbirdə deyib. Yaponiya hökumətinin başçısı bu məsələdə irəliləyişə nail olmaq və baş nazir olduğu müddətdə oğurlanmış vətəndaşların problemini həll etmək istədiyini vurğulayıb.

Qaçırılan vətəndaşların məsələsi diplomatik əlaqələri olmayan iki ölkə arasında münasibətlərdə ən həssas məsələlərdən biridir. 2002-ci ildə Pxenyan ilk dəfə 13 Yaponiya vətəndaşının qaçırıldığını boynuna alıb və onlardan beşinin qayıtmasına icazə verib. Qaçırılan digər yaponiyalılar ölmüş elan olunub, qalıqları isə ailələrinə göndərilib.

2014-cü ilin mayında iki ölkənin hökumətləri Yaponiya vətəndaşlarının oğurlanması ilə bağlı yeni təhqiqatın aparılması barədə razılığa gəliblər, lakin sonradan bu məsələ ilə məşğul olan komissiya Pxenyanın tələbi ilə ləğv edilib.

Seçilən
22
azertag.az

1Mənbələr