ain.az, Cebheinfo saytına istinadən bildirir.
ABŞ-də keçirilən sorğuya görə iştirakçıların 64 faizi Prezident Donald Trampın “federal işçi qüvvəsini azaltmaq üçün dövlət işçilərini işdən çıxarmaq, şəhərlərdə patrul xidmətləri üçün Milli Qvardiyanı yerləşdirmək və universitetlərin iş prinsiplərində dəyişiklik etməyə çalışmaqla” səlahiyyətlərini həddindən artıq istifadə etdiyini bildirib.
"Cebheinfo.az" xəbər verir ki, “Washington Post”, “ABC News” və “Ipsos”-un birgə əməkdaşlığı ilə 2 min 725 ABŞ vətəndaşı arasında Tramp administrasiyasının iqtisadiyyat, miqrasiya, tariflər, federal hökumətin idarə olunması, cinayət, Yaxın Şərq və Ukraynadakı münaqişələri əhatə edən səkkiz mövzu üzrə onlayn sorğu keçirilib.
Sorğunun nəticələrinə görə, iştirakçıların 64 faizi Trampın “federal işçi qüvvəsini azaltmaq üçün dövlət işçilərini işdən çıxarmaq, ABŞ şəhərlərində patrul xidmətləri üçün Milli Qvardiyanı yerləşdirmək və universitetlərin iş prinsiplərində dəyişiklik etməyə çalışmaqla” prezident səlahiyyətlərini həddindən artıq istifadə etdiyini düşünür.
Trampın iqtisadiyyat sahəsindəki idarəçiliyi ilə bağlı suala iştirakçıların 62 faizi mənfi, 37 faizi isə müsbət cavab verib.
Sorğuya əsasən iştirakçıların üçdə ikisi “ölkənin ciddi şəkildə yanlış istiqamətdə irəlilədiyini” düşünür, təxminən üçdə biri isə “işlərin düzgün istiqamətdə getdiyini” qeyd edib.
Trampın digər ölkələrə tətbiq etdiyi tariflərə dair iştirakçıların 65 faizi bu siyasəti dəstəkləmədiyini, 33 faizi isə dəstəklədiyini bildirib.
İştirakçıların 56 faizi Tramp administrasiyasının miqrasiya siyasətinə mənfi münasibət göstərib, 43 faizi isə bu siyasətdən razı olduğunu ifadə edib.
Rusiya-Ukrayna müharibəsinə dair mövqeyi və bu münaqişəni sona çatdırmaq səyləri ilə bağlı isə iştirakçıların 60 faizi Trampı yetərsiz hesab edib, 39 faizi isə bu səyləri müsbət qiymətləndirib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.