AZ

“Bu, həmrəylik yox, qarşıdurma çağırışıdır!” – PARTİYA SƏDRİ

"Əli Kərimlinin "facebook” üzərindən Azərbaycan gəncliyinə son müraciəti əslində bir çox mətləblərə yenidən aydınlıq gətirdi və AXCP sədrinin nə qədər vicdansız, nə qədər yaramaz, nə qədər mənəviyyatsız olduğunu növbəti dəfə sübut etdi. Niyə? Çünki, bu, həmrəylik yox, qarşıdurma çağırışı idi. Çünki bu, gənclərə olan sevginin deyil, nifrətin təzahürü idi. Çünki bu, xaosa, itaətsizliyə, nihilizmə təhrikin açıq nümayişi idi!” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Kərimli deyir ki, valideynlər öz uşaqlarını çox qorumasın, onları küçələrə, meydanlara buraxsın...

Yaxşı bəs, sənin övladın haradadır, ay siyasi mürdəşir? Daha dəqiq desəm: Onu harada gizlətmisən? Onu niyə ölkədən qaçırmısan? Onu niyə meydanlara, küçələrə göndərməmisən?

Camaatın övladını qızışdırıb, cinayətə sövq etdiyin halda, onu niyə xaricdə yağ - bal içində yaşatmısan və yaşatmağa da davam edirsən?!

Hələ misal çəkdiklərinə, örnək göstərdiklərinə baxın: ”Meydançı”lar, "abzasçı”lar...

Budurmu nümunən?

Sən insanlara, əsas da gəncliyə tövsiyyə edirsən ki, onlardamı vətən satsınlar? Onlardamı xarici kəşfiyyatların, səfirliklərin "instruktaj”ı ilə işləsinlər? Onlardamı böyüyüb Qabil, Məhəmməd, Orduxan olsunlar?!

Görməyəcəksən onu, Əli Kərimli!

Əmin ol, görməyəcəksən!

Çünki Azərbaycan gəncliyi, sənin yanındakı 3-5 nəfər qaraguruhçu və qaramatbaş kimi düşünmür.

Çünki Azərbaycan gəncliyi Əli Kərimlinin sərsəmləmələrinə deyil, öz gördüklərinə və müşahidə etdiklərinə inanır.

Və nəhayət;

Çünki Azərbaycan gəncliyi yaxşı ilə pisi bir - birindən seçməyi, Qarabağı satanla Qarabağı işğaldan azad edən arasındakı fərqi ayırd etməyi çox gözəl bacarır!” – deyə Partiya sədri fikirlərinə davam edib.

Seçilən
27
7news.az

1Mənbələr