“Azercell Telekom” MMC daha iki internet paketi üzrə tarifləri artırır. Valyuta.az xəbər verir ki, söhbət “GigaMax” və “GigaMax+” internet paketlərindən gedir.
Belə ki, bu paketlər üzrə qiymətlər 2 manat artırılaraq müvafiq olaraq 16,9 manatdan 18,9 manata və 26,9 manatdan 28,9 manata qaldırılıb.
Qiymət artımı dekabr-ın 1-dən tətbiq ediləcək.
Həmçinin dekabrın 1-dən etibarən bu paketlərə yeni qoşulmalar dayandırılır.
Tarix: 3 Noyabr 2025, 11:49