AZ

Politico: Ukrayna BVF-nin yardımını itirə bilər

Belçikanın sözdə "təzminat krediti"ni təsdiqləməkdən imtina etməsi səbəbindən Ukrayna Beynəlxalq Valyuta Fondundan (BVF) maliyyə dəstəyini itirmək riski ilə üzləşir.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə "Politico"ya istinadən məlumat verir.

Nəşrin mənbələrinə görə, təşəbbüsün avropalı tərəfdarları hesab edirlər ki, BVF-nin Ukraynaya davamlı dəstəyi çox vacibdir, lakin kompromis əldə etmək üçün vaxt azalır.

BVF Kiyevə üç il müddətinə 8 milyard dollarlıq kredit verməyi düşünür. Lakin bu vəsaitlərin alınması Aİ-nin əksəriyyəti Belçikada yerləşən dondurulmuş Rusiya aktivlərindən istifadə mexanizmi barədə razılığa gələ bilməsindən asılıdır.

"Politico"nun qeyd etdiyi kimi, potensial kreditin məbləği nisbətən az olsa da, onun təsdiqlənməsi simvolik əhəmiyyət kəsb edəcək və bu, Ukraynanın maliyyə sabitliyini və Qərbin Kiyevi dəstəkləməyə davam etmək istəyini göstərir.

Seçilən
25
1
operativmm.az

2Mənbələr