AZ

NBA: “Los-Anceles Leykers”dən ardıcıl 3-cü qələbə

Bakı, 3 noyabr, AZƏRTAC

ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) növbəti oyunlar keçirilib.

AZƏRTAC xəbər verir ki, ötən gecə səkkiz qarşılaşma baş tutub.

“Los-Anceles Leykers” öz meydanında "Mayami Hit"i 130:120 hesabı ilə üstələyərək müntəzəm mövsümdə ardıcıl 3-cü qələbəsini qazanıb. Qalib komandanın heyətində Luka Donçiç 29 xal, 11 ribaund və 10 məhsuldar ötürmə ilə tripl-dabl edib. Qonaqlarda isə Xayme Yaquez 31 xalla fərqlənib.

Matçların nəticələri

“Oklahoma-Siti Tander” - "Nyu Orlean Pelikans" - 137:106

“Klivlend Kavalyers” - “Atlanta Huks” – 117:109

"Şarlot Hornets" - “Yuta Cazz” – 126:103

“Finiks Sanz” - "San Antonio Spörs" – 130 - 118

“Toronto Raptors” – “Memfis” – 117:104

“Bruklin Nets” – “Filadelfiya” – 105:129

“Nyu-York Niks” - "Çikaqo Bulls" – 128:116

“Los-Anceles Leykers” - "Mayami Hit" – 130:120.

Seçilən
17
2
azertag.az

3Mənbələr