AZ

Trampın oğlu Ermənistanda “TRIPP marşrutu”nu və PUA müqaviləsini müzakirə edəcək

Kiçik Donald Trampın 12 noyabrda Yerevana baş tutacaq səfəri çərçivəsində iki əsas mövzu müzakirə ediləcək…

Poliqon xəbər verir ki, “Yerevan Observer” Teleqram kanalının məlumatına görə, Ermənistanın baş nazir aparatında ABŞ prezidenti Donald Trampın oğlu kiçik Donald Tramp 12 noyabr tarixində Yerevana səfərinin proqramı iki əsas mövzu ətrafında formalaşıb.

Məlumata görə, danışıqlarda birinci məsələ ABŞ biznes dairələrinin “TRIPP marşrutu” (digər adı ilə “Zəngəzur dəhlizi”) layihəsində iştirakının hüquqi rəsmiləşdirilməsi və sonrakı mərhələdə həmin yolun idarə olunması olacaq.

İkinci istiqamət isə kiçik Trampa məxsus şirkətlərdən biri ilə pilotsuz uçuş aparatlarının (PUA) tədarükünə dair böyük müqavilənin bağlanmasıdır.

Erməni mənbələri bu səfəri ABŞ-Ermənistan iqtisadi əlaqələrinin genişlənməsi və regiondakı nəqliyyat-logistika layihələrinə Vaşinqtonun marağının artması fonunda mühüm addım kimi qiymətləndirirlər.

Poliqon.info

Seçilən
21
poliqon.info

1Mənbələr