ain.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 3 noyabr, AZƏRTAC
Braziliyada saatda 95 kilometrə çatan güclü külək nəticəsində bina konstruksiyasının aşması bir nəfərin həlak olmasına, 60 nəfərin isə yaralanmasına səbəb olub.
AZƏRTAC Çin Xinhua agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Mülki müdafiə qüvvələri məlumat yayıb. Bildirilib ki, hadisə universitet tələbələrinin şənlik keçirdiyi vaxt baş verib.
Hadisə yerinə dərhal yanğınsöndürmə xidməti və hərbi polisin xilasetmə qrupları cəlb edilib. Yaralılar xəstəxanalara yerləşdirilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.