AZ

“Qurban Qurbanov "Real Madrid", "Barselona"ya layiq baş məşqçidir”

Türkiyəli tanınmış futbol şərhçisi Ertem Şener sosial şəbəkə hesabında "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov barədə fikirlərini bölüşüb.

Milli.Az xəbər verir ki, Şener Qurbanovun taktiki düşüncəsini və idarəetmə bacarığını yüksək qiymətləndirib:
"Qurban Qurbanov "Real Madrid", "Barselona", "Mançester Siti" və ya "Bavariya" kimi Avropa nəhənglərinə rəhbərlik etməyə layiq bir baş məşqçidir. O, çox ağıllı və uzaqgörən mütəxəssisdir", - deyə o bildirib.

Ertem Şener əlavə edib ki, gələcəkdə Qurban Qurbanovla şəxsən görüşmək və onunla xatirə fotosu çəkdirmək istərdi.

Şərhçinin bu sözləri azarkeşlər tərəfindən böyük maraqla qarşılanıb və sosial şəbəkələrdə geniş şəkildə paylaşılır.

Hüseyn
Milli.Az

Seçilən
34
1
milli.az

2Mənbələr