AZ

HƏMAS silahların təhvil verilməsi prosesində ağır silahlardan imtina edə bilər

Fələstin hərəkatı HƏMAS atəşkəs sazişi çərçivəsində ağır silahlarını təhvil verməyə hazırdır.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ-nin HƏMAS-la aparılan danışıqlarda vasitəçilik edən Bişar Bəxbəhin açıqlamasında bildirib.

Onun sözlərinə görə, HƏMAS Qəzza ərazisində silah istehsal etməmək və silah qaçaqmalçılığı ilə məşğul olmamaq öhdəliyi götürüb. Vasitəçi bu bəndləri “əhəmiyyətli irəliləyiş” adlandırıb, lakin İsrail HƏMAS-ın bütün tunellərinin ləğvini tələb edir.

Bundan əvvəl HƏMAS ABŞ prezidenti Donald Trampın Qəzzada münaqişənin dayandırılmasına dair planında nəzərdə tutulan tam silahsızlanma zəmanətini verməkdən imtina etmişdi.

Nuriyyə NATİQQIZI

Seçilən
58
1
redaktor.az

2Mənbələr