AZ

Afrikada qətliam 300 qadını öldürdü

ain.az, Bakupost portalına istinadən məlumat verir.

Sudanın Darfur bölgəsindəki Əl-Faşir şəhəri RSF adlı yarı-hərbi qrup tərəfindən tam nəzarətin ələ keçirilməsi nəticəsində böyük bir insani faciənin mərkəzinə çevrilib. Sudan hökumətinin məlumatına görə, yaraqlıları şəhərə daxil olmasının ilk iki günü ərzində 300 qadın öldürülüb və daha çox sayda isə cinsi zorakılığa məruz qalıb.

Bakupost.az xəbər verir ki, şəhər Sudan ordusunun bölgədəki son böyük qalası sayılırdı. RSF-nin hücumları sonrası yüzlərlə mülki şəxsin öldürüldüyü, minlərlə insanın isə itkin düşdüyü bildirilib.

Rəsmi açıqlamalara görə, RSF qüvvələri sistematik şəkildə dinc əhalini hədəfə alır. Xüsusilə qadınlara qarşı ağır insan hüquq pozuntuları həyata keçirilir.

Cavid, BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
www.bakupost.az

1Mənbələr