AZ

"Azərbaycandakı inkişaf bizi qürurlandırır" - türkiyəli siyasətçi


Bakıda keçirilən mətbuat konfransında Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici mühüm açıqlamalarla çıxış edib. O bildirib ki, ölkə bütün sahələrdə - istər beynəlxalq əlaqələrdə, istər hərbi sahədə böyük tərəqqi mərhələsinə qədəm qoyub.Bakı artıq dünya paytaxtları səviyyəsində bir şəhərə çevrilib, çox dəyişib. Azərbaycandakı inkişaf bizi qürurlandırır.

“Azərbaycanla Türkiyə arasında sarsılmaz qardaşlıq və əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycanı və Azərbaycan Ordusunu Zəfərin 5-ci ildönümü münasibətilə ürəkdən təbrik edirəm. Bu qürurlu anları birlikdə yaşamaqdan böyük məmnunluq duyuruq”,- deyə M.Destici vurğulayıb.

Mətləb Salahov

Seçilən
36
baki-xeber.com

1Mənbələr