Şahzadə Endrünün titullarının əlindən alınması “dəhşətli” hadisədir.
Ölkə.Az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
"Bu, kral ailəsinin başına gələn dəhşətli bir hadisədir". -o qeyd edib.
Bundan əvvəl Böyük Britaniya kralı III Çarlz, Endryu azyaşlıya cinsi təcavüz etdiyi və bədnam maliyyəçi Cefri Epşteynlə əlaqəsi olduğu iddiaları fonunda qardaşını titullarından məhrum etmək üçün rəsmi prosesə başlayıb.
Noyabrın 2-də Böyük Britaniyanın müdafiə naziri Con Healey bəyan edib ki, şahzadə Endryu kralın əmri ilə Kral Hərbi Dəniz Qüvvələrində vitse-admiral rütbəsindən məhrum ediləcək. Lakin onun hərbi mükafatlarından məhrum edilməsi ehtimalı hələlik nəzərdən keçirilməyib.
Mürtəza