AZ

Dövlət Xidməti torpaq hərracları keçirəcək

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Əmlak Məsələləri Dövlət Xidməti 3 dekabr 2025-ci il tarixində növbəti torpaq hərraclarını keçirəcək.

Oxu.Az xəbər verir ki, hərraclarda ümumilikdə 11 torpaq sahəsi satışa və icarəyə çıxarılıb. Torpaq sahələri Yevlax, Ağdaş, Astara, Kürdəmir, Zərdab, Şabran, Xaçmaz və Qax rayonlarının müxtəlif bələdiyyələrinə məxsusdur.

Hərraca çıxarılan torpaq sahələri:

1. Yevlax rayonu, Salahlı Bələdiyyəsi (Varvara kəndi) - 3.82 ha, 5 illik icarə, kənd təsərrüfatı (heyvandarlıq) məqsədli. İlkin icarə haqqı 458.4 manat.

2. Ağdaş rayonu, Xosrov Bələdiyyəsi (Tofiqli kəndi) - 6.44 ha, 15 illik icarə, kənd təsərrüfatı məhsullarının istehsalı üçün. İlkin icarə haqqı 708.4 manat.

3. Astara rayonu, Siyaku Bələdiyyəsi (Siyaku kəndi) - 2800 kv.m, 20 illik icarə, kənd təsərrüfatı məqsədli. İlkin icarə haqqı 45 manat

4. Kürdəmir rayonu, Şilyan-Qarabucaq Bələdiyyəsi (Qarabucaq qəsəbəsi) - 6.9 ha, 15 illik icarə, heyvandarlıq məqsədli. İlkin icarə haqqı 759 manat.

5. Zərdab rayonu, Zərdab Bələdiyyəsi (Zərdab şəhəri) - 100 kv.m, satış. İlkin satış qiyməti 5500 manat.

6. Şabran rayonu, Pirəbədil Bələdiyyəsi (Çinarlar kəndi) - 1200 kv.m, satış, fərdi yaşayış evi üçün. İlkin qiymət 6000 manat.

7. Şabran rayonu, Pirəbədil Bələdiyyəsi (Çinarlar kəndi) - 1200 kv.m, satış, fərdi yaşayış evi üçün. İlkin qiymət 6000 manat.

8. Şabran rayonu, Pirəbədil Bələdiyyəsi (Çinarlar kəndi) - 1100 kv.m, satış, fərdi yaşayış evi üçün. İlkin qiymət 5500 manat.

9. Xaçmaz rayonu, Nərəcan Bələdiyyəsi (Şıxlı kəndi) - 1.54 ha, 15 illik icarə, kənd təsərrüfatı istehsalı məqsədli. İlkin icarə haqqı 308 manat.

10. Qax rayonu, Qıpçaq Bələdiyyəsi (Ağyazı kəndi) - 3.7 ha, 15 illik icarə, kənd təsərrüfatı məqsədli. İlkin icarə haqqı 740 manat.

11. Qax rayonu, İlisu Bələdiyyəsi (Qaradolaq kəndi) - 8 ha, 15 illik icarə, heyvandarlıq məqsədli. İlkin icarə haqqı 800 manat.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
1
oxu.az

2Mənbələr