AZ

Şirvan, Samux, Şabran, Astara, Ağdam, Ucar, Qax və Xırdalanda vətəndaşlara səyyar xidmət göstəriləcək

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 3 noyabr, AZƏRTAC

Səyyar “ASAN xidmət”in regionlarda fəaliyyəti davam edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, noyabrın 3-dən 27-dək Şirvan, Samux, Şabran, Astara, Ağdam, Uca, Qax və Xırdalanda vətəndaşlara səyyar xidmət göstəriləcək.

Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin hər kəs üçün daha rahat, innovativ üsullarla və əlçatan şəkildə təqdim edilməsidir. Bu xidmət vətəndaş məmnunluğunu təmin etməklə yanaşı, dövlət xidmətlərinin daha geniş kütləyə sürətli və bərabər şəkildə çatdırılmasına imkan yaradır.

Səyyar “ASAN xidmət” avtobusları həftə içi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Saat 13:00-14:00 arası isə nahar fasiləsidir.

Vətəndaşlar səyyar xidmətlər barədə ətraflı məlumat əldə etmək üçün 108 (daxili nömrə 3 yığaraq) Çağrı mərkəzinə müraciət edə bilərlər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
48
5
azertag.az

6Mənbələr