Ekologiya.az bildirir ki, aksiya çərçivəsində ərazinin torpaq-iqlim şəraitinə uyğun olaraq Eldar şamı və zeytun ağacları əkilib.
Tədbirin əsas məqsədi ölkəmizdə ekoloji tarazlığın qorunmasına, ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıq sahələrinin genişləndirilməsinə və iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə töhfə verməkdir.