AZ

Bakıda pəncərə düzəldən kişi binadan yıxılıb ÖLDÜ

“Bu insanlarla zarafat etmək olmaz”.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Çin Sədri Si Cinpinə qarşı münasibətini şərh edərkən bildirib. 

“Hər ikisi sərtdir. Hər ikisi ağıllıdır. Hər ikisi çox güclü liderdir. Bu insanlarla zarafat etmək olmaz. Onlara çox ciddi yanaşmaq lazımdır. Onlar gəlib “Ah, necə gözəl gündür? Baxın, necə gözəldir. Günəş parlayır, necə də əladır” deyən insanlardan deyillər.

Onlar ciddi insanlardır. Onlar sərt və ağıllı liderlərdir”, - o jurnalistin kiminlə əlaqə saxlamağın daha çətin olması ilə bağlı sualını cavablandırarkən deyib.

Tramp həmçinin Putin üçün Alyaskada qırmızı xalça açılması ilə bağlı sualı da cavablandırıb.

“Mən hamı üçün qırmızı xalça açıram”, - ABŞ lideri söyləyib. 

“Cebheinfo.az”

Seçilən
6
cebheinfo.az

1Mənbələr