AZ

Türkiyə Böyük Birlik Partiyasının sədri Ceyhun Bayramovla görüşəcək

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Azərbaycana səfərimiz çərçivəsində Xocalıda ermənilər tərəfindən qətlə yetirilən, soyqırımına məruz qalan şəhidlərimizin qəbrini ziyarət etdim. Soyqırımını törədən erməniləri qınayır və lənətləyirəm".

Oxu.Az xəbər verir ki, bunu Türkiyənin hakim Cümhur İttifaqında təmsil olunan Böyük Birlik Partiyasının sədri Mustafa Destici Bakıya səfəri çərçivəsində təşkil olunan mətbuat konfransında deyib.

O bildirib ki, Böyük Birlik Partiyası Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsini dəstəkləyir:

"Münasibətlərimiz bundan sonra daha da inkişaf edəcək. Partiyamız yarandığı gündən etibarən hər zaman Azərbaycan türklərinin yanında olub. Ulu öndər Heydər Əliyevin "İki dövlət bir millət" sözü hamımız üçün yol xəritəsidir. Hər iki ölkənin hazırkı dövlət başçıları - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan da bu şüarla hərəkət edirlər".

Sədr Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşəcəklərini bildirib:

"Bundan sonra isə səfərimiz yekunlaşacaq və Türkiyəyə qayıdacağıq".

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
oxu.az

1Mənbələr