AZ

Limonlu su, yoxsa sirkəli su? - Prof. Dr. Osman Müftüoğlu müzakirələrə son qoydu

Səhər acqarına limonlu su içmək, yoxsa alma sirkəli su qəbul etmək daha faydalıdır? Bu sual uzun müddətdir sağlam qidalanma müzakirələrinin əsas mövzularından biridir.

E-saglam.az xəbər verir ki, tanınmış türkiyəli həkim Prof. Dr. Osman Müftüoğlu bu debatlara son qoyub.

O, bildirib ki, maddələr mübadiləsini sürətləndirmək istəyənlər üçün ən vacib amil mayenin özü, yəni suyun içilməsidir. Müftüoğlunun sözlərinə görə, limon və sirkə sadəcə suya əlavə dad və müəyyən dəstək verir:

“Fərqi yoxdur, limonlu, yoxsa sirkəli – əsas olan sudur. Bədən ilk növbədə suya ehtiyac duyur”.

Mütəxəssis alma sirkəsinin acqarına içilməsinin bəzi insanlarda mədə narahatlığı yarada biləcəyini xatırladıb. O, şəxsi seçim olaraq günə ilıq limonlu su ilə başladığını qeyd edib və bu qaydanı “sadə, amma effektiv vərdiş” adlandırıb.

Prof. Müftüoğlu əlavə edib ki, su təkcə limonla deyil, tərəvəzlərlə də zənginləşdirilə bilər:

“Suya bir az pomidor sürtgəcdən keçirmək və ya xiyar dilimləri əlavə etmək mümkündür. Bu üsul bədəni antioksidanlarla dəstəkləyir və immuniteti gücləndirir”.

Limonun faydaları:

– C vitamini ilə zəngindir, infeksiyalardan qoruyur– Həzmi yaxşılaşdırır, qəbizliyin qarşısını alır– Dəri elastikliyini qoruyur, kollagen istehsalını artırır– Gün ərzində orqanizmin nəmlənməsini təmin edir

Alma sirkəsinin təsirləri:

– Yağ yandırılmasını və toxluq hissini artırır– Qan şəkərinin tənzimlənməsinə kömək edir– Həzm prosesini dəstəkləyir və mədə turşusunu balanslaşdırır

Müftüoğlu vurğulayıb ki, hər bir insanın orqanizmi fərqlidir: “Əgər mədəniz həssasdırsa, sirkəli su sizə uyğun olmaya bilər. Ən sağlam seçim bədəninizin ehtiyacını dinləməkdir”.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
33
e-saglam.az

1Mənbələr