Sudanda “qan və cəsəd çayları” peyk görüntülərində əks olunub
Ajans.az The Sun-a istinadən xəbər verir. Məlumata görə, Əl-Faşer şəhəri üsyançı Sürətli Reaksiya Qüvvələri (RRF) tərəfindən ələ keçirildikdən sonra bölgədən əldə olunan peyk təsvirlərində dəhşətli mənzərələr qeydə alınıb. Yel Universitetinin apardığı təhlilə əsasən, ölkənin iki ildir davam edən vətəndaş müharibəsinin ən qanlı epizodlarından birində RRF qüvvələrinin hücumu nəticəsində 2000-dən çox mülki şəxs həyatını itirib. “RRF günahsız mülki şəxslərə qarşı dəhşətli cinayətlər törədib. Qurbanların əksəriyyəti qadınlar, uşaqlar və yaşlı insanlardır”, – deyə ordu ilə birgə döyüşən yerli milis nümayəndəsi bildirib. Xatırladaq ki, Sudanda 2023-cü ilin aprel ayından etibarən RRF komandiri Məhəmməd Həmdan Daqlonun rəhbərliyi altında üsyançı qüvvələrlə nizami ordu arasında şiddətli döyüşlər davam edir.